Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-02 10:52:00
İngiltərənin Sureya Universiteti çəki azalmasıyla bağlı araşdırma aparıb
İngiltərənin Surreya Universitetinin elmi qrupu müəyyənləşdirib ki, gec səhər yeməyi ilə tez şam yeməyinin uyğunlaşdırılması çəkinin azalmasına səbəb olur. 
 
AzEdu.az Moderator.az-a istinadən tədqiqatın nəticələrini nəzərinizə çatdırır. 
 
Pilot tədqiqat zamanı alimlər yemək qəbulu vaxtının dəyişdirilməsinin qida rasionuna və orqanizmdə metabolik proseslərə, həmçinin diabet və ürək xəstəliklərinin mümkün inkişafına necə təsir göstərməsini təhlil ediblər. Eksperimentdə 29 yaşdan 57 yaşadək 16 nəfər könüllü iştirak edib. Onlardan doqquzu on həftə ərzində səhər yeməyini adət etdiyi vaxtdan saat yarım gec yeyib, şam yeməyini isə 90 dəqiqə tez qəbul edib. Qalan yeddi nəfər öz qidalanma vərdişlərini dəyişməyiblər. Bu zaman bütün iştirakçılar qida rasionunu əvvəlki qaydada saxlayıb və ciddi pəhrizə əməl etməyiblər.
 
Məlum olub ki, kim  yeməyin vaxtını dəyişibsə, nəzarətdə olan dəstə ilə müqayisədə orta hesabla iki dəfə çox çəki itirib. Iştirakçılar həmçinin qeyd ediblər ki, iştahları azalıb və yemək arası nəsə qəbul etməyi də azaldıblar.
 
“Tədqiqat böyük olmasa da, yemək vaxtının azacıq dəyişməsinin orqanizmə necə fayda verə bildiyi haqqında bizdə çox qiymətli bir təsəvvür yaratdı. Yağlı çöküntülərin azalması, piylənmə və onunla bağlı xəstəliklərin inkişaf şanslarını aşağı salır və beləliklə orqanizmin ümumi vəziyyətini əhəmiyyətli dərəcədə  yaxşılaşdırır", - tədqiqatın müəlliflərindən biri doktor Conatan Conston bildirib.
 
Alimlər qeyd edib ki,  əldə olunan nəticələr qida vərdişləri haqqında daha geniş elmi işlərdə istifadə ediləcək.