
Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə insanlar bəzən xaricdə təhsil almağa üz tutur.
Azərbaycanda da xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi isə Asiya ölkələrində təhsil almağı hədəf seçib.
Bu şansdan yararlanmaq istəyənlər üçün AzEdu.az xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir.
Bu dəfə Avropada ada dövləti olan Maltada oxumaq istəyənlər üçün orada təhsil almağın üstünlükləri barədə yazını təqdim edirik:
Maltanın rəsmi dili Malta və ingilis dilidir. Ölkənin təhsil sistemi ibtidai, orta , ali təhsil pillərindən ibarətdir. Maltada məktəblər özəl və dövlət olmaqla iki yerə bölünür. Burada özəl məktəblərdə təhsil ingilis dilindədir.
Məktəbəqədər təhsil müəssisəsi burada uşağın 5 yaşına qədər olan dövrü əhatə edir. Maltada 5-16 yaş arasında olan şagirdlər üçün təhsil məcburidir. Ölkədə dövlət məktəbləri pulsuzdur.
Ölkənin ən qədim universiteti 1592-ci ildə yaradılan Malta Universitetidir. Avropanın ən qədim ali təhsil müəssisəsi olan Malta universitetində 80fərqli ölkədən 600-dən çox tələbə təhsil almaqdadır. Universitetdə iqtisadiyyat, incəsənət, humanitar fənlər, mühəndislik, tibb, diplomatiya və s. ixtisaslar üzrə bakalavr,magistr və doktorluq təhsili almaq olar.
Malta ali təhsil müəssisəsində oxumaq istəyən tələbələrdən ingilis dili (IELTS və ya TOEFL) sertifikatı tələb olunur.
Malta ən güvənli ölkələrdən biridir və bu da ölkədə təhsil almağın avantajları sırasındadır. Ölkədə ali təhsil almaq istəyən tələbələrin təhsil haqları onların seçdiyi proqramdan asılıdır. Ölkədə yaşayış üçün aylıq xərclər 300-600 avro arasında dəyişir.
Ölkədə sağlamlıq siğortası ölkə vətəndaşları üçün pulsuzdur.Əcnəbi tələbələrin bəzilərinin burada özəl siğortaya ehtiyacı var.
Qeyd edək ki, Maltada təhsil almaq üçün ingilis dili biliyi TOEFL-550 xal olmalıdır. Tələbənin dil bilmə səviyyəsi bundan az olarsa, onu hazırlıq kursuna (Foundation Course) qəbul edirlər.
Günel Yaşarqızı