Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-02 13:46:00
Alimlər dəniz suyundan uran əldə ediblər

Okeanlarda az miqdarda uran var. Uran isə nüvə enerjisi reaktorunda istifadə edilən əsas yayanacaq tipidir və yosunlardan çıxarılır. İndi isə amerikalı alimlər bunu iplik vasitəsilə edir və bu yolla reaktor yanacağında istifadə edilən beş qram toz uran əldə edib.

AzEdu.az xəbər verir ki, tədqiqatçılar sviter kimi əşyaları toxumaq üçün istifadə etdiyimiz adi akril yundan enerji istehsal edəcək yeni texnologiya inkişaf etdirib.

Çox sayda eksperimentlərdən sonra nəhayət ki, optimal şəraitləri tapdıq. Akril iplikdə dəniz suyundan uranı çıxarmaq üçün istifadə olunan xüsusi kimyəvi qruplara çevrilə biləcək kimyəvi qruplar var
Çien Vai

“Çox sayda eksperimentlərdən sonra nəhayət ki, optimal şəraitləri tapdıq. Akril iplikdə dəniz suyundan uranı çıxarmaq üçün istifadə olunan xüsusi kimyəvi qruplara çevrilə biləcək kimyəvi qruplar var” – deyə, LCW Supercritical Technologies-in prezidenti Çien Vai bildirir.

Okeanlarda çox az miqdarda uran olur. Amma bu cüzi miqdar təxminən dörd milyard ton potensial yanacağa bərabərdir ki, bu, növbəti bir neçə əsr boyu nüvə reaktorlarını enerji ilə təmin etməyə yetər.

Uranı çıxarmaq üçün optimal şəraiti müəyyən etmək üçün Sietlda Sakit Okean Şimal-Qərb Milli Laboratoriyasındakı hovuzun döşəməsinə bir neçə topa emal olunmuş iplik yapışdırılıb.

Dalğa hərəkətini imitasiya edən su təkəri isə bir ay boyunca onların üzərinə təbii dəniz suyu töküb.

Tədqiqatçılar mütəmadi olaraq ipliyi yoxlayaraq lifin üzərinə nə qədər radioaktiv maddənin yapışdığını ölçüb.

“Biz təbii dəniz suyundan istifadə edə bilirik. Biz o suyun temperaturunu, cərəyan axınını tənzimləyə bilirik ki, bunlar çox vacib amillərdir”, Sakit Okean Şimal-Qərb Milli Laboratoriyasının tədqiqatçısı Qari Gill söyləyir.

İplik daha sonra LCW Supercritical Technologies-ə göndərilib və orada uran tozunu əldə etmək üçün emal olunub. İlkin proses zamanı 5 qram uraniya əldə olunub. Uraniya nüvə reaktorlarında istifadə olunan yanacağın əsas komponentidir.