Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-02 14:48:00
ABŞ-da müəllimlərin silahlandırılmasını nəzərdə tutan qanun layihəsi etirazla qarşılanıb

ABŞ-da təhsil naziri Betsi Devosun hazırladığı və müəllimlərin silahlandırılmasını nəzərdə tutan qanun layihəsi etirazlaqarşılanıb. 

AzEdu.az Newsweek nəşrinə istinadən xəbər verir ki, milyarder siyasətçi olan Devosun yeni layihəsi müəllimlərdən ibarət nəzarət qrupu tərəfindən təhdid edilib.

Bu hərəkata həmçinin Amerika Müəllimlər Federasiyası, Cənub Yoxsulluğu Hüquq Mərkəzi də qoşulub. Müəllim və ictimai fəalları həm müəllimlərin silahlandırılması məsələsi, həm də təhsil üçün ayrılmış federal pulların bu məqsədlə xərclənmə ehtimalı narahat edir.

Təhsil üçün ayrılmış federal maliyyələşmə və qrantların bu məqsədlə xərclənməsi Texas və Oklahomanın təhsil üzrə səlahiyyətli şəxslərinin analoji təklifindən sonra ortaya çıxıb. Onlar Devosdan bu pulları silahların alınması, müəllimlərin və marşalların təlimi, həmçinin onların müdafiəsi üçün müdafiə vasitələrinin alınmasına xərcləmək istədiklərini bildiriblər.

Federal maliyyələşmə və qrantların əsas məqsədi maliyələşmə problemləri olan məktəblərdəki şagirdlərin təhsil səviyyəsinin keyfiyyətinin artırılmasıdır.

“Bizim əsas şikayətimiz bu vəsaitlərin təhsil üzrə deyil məktəblərin təhlükəsiz hesab etməsi üçün xərclənməsinin qanunsuz hesab edilməsi və təhsil departamentinə bu cür xərclər etməyə qadağa qoyulması üçün olacaq” – Giffords Hüquq Mərkəzinin əsas məsləhətçisi Adam Skaqs NBS News-a müsahibəsində bildirib.

O, həmçinin bu pulların məktəblərə  vəsaitlər alınması üçün deyil silah üçün xərclənməsində narahat olduqlarını da qeyd edib.

2012-ci ildə Sandy Hook məktəbində atışmada 20 uşağın öldüyü Kannektikut Ştatından Senator-Demokrat Kris Merfi də bunu əleyhinə çıxış edib.

“Kanqres bu ideyanı dəstəkləmir. Valideyinlər də bu təklifin yaxşı bir üsul olduğuna inanmırlar. Müəllimlər də həmçinin. Yalnız Betsi Devos və Silah sənayəsi bunu istəyirlər. Əgər bu siyasət yeridilərsə daha çox uşaq öldürüləcək” – Merfi bildirib.

Senator onun da övladları olduğunu və Devosun bu planının öz beşiyində boğulması üçün lazım olan hər şeyi edəcəyini qeyd edib.

Merfi həmçinin katib tərəfindən irəli sürülən bu planın “onun silah satışı gəlirinin uşaqlarımızım təhlükəsizliyindən daha çox maraqlandırdığını” göstərdiyini söyləyib.

Fevralda Florida Ştatında 17 nəfərin ölümünə səbəb olan silahlı hücumdan sonra ştat rəhbərliyi məktəblərdə müəllimlərə, əməkdaşlar və məktəb “mühafizəçilərinə” silahlanmağa icazə verib. Burada maraqlı məsləsə məktəb mühafizəçiləri qrupuna daxil insanların polis nəfərləri deyil, psixoloji sağlamlıq dəyəri alan və altı həftəlik kurs keçən adi vətəndaşlardır.

Qeyd edək ki, ilin əvvəlində iki məktəbin silahlı hücuma məruz qalması ciddi müzakirələrə səbəb olub. Bundan sonra ABŞ prezidenti Donald Tramp tərəfindən bu cür təklif irəli sürülüb. Bu silahlı şəxslərin qorxaqlar olduğunu və bunun üçün müəllimləri silahlandırmaq lazım olduğunu qeyd edib. Və nəticədə ölkənin təhsil naziri tərəfindən bu cür qanun layihəsi hazırlanıb.

Əvəz Zeynalov