Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-03 13:10:00
Hədəf Kurslarının yeni – Yasamal filialının açılış mərasimi keçirildi – FOTOLAR

Sentyabrın 1-də Hədəf Kurslarının yeni – Yasamal filialının açılış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbiri Yasamal filialının müdiri, Hədəf Kurslarının Təhsil və Tədris işləri üzrə direktoru Elxan Nəcəfov açıb. O, yeni filialın iş prinsipi barəsində geniş məlumat verib.

Daha sonra Hədəf Kurslarının həmtəsissçisi Vüqar Tarquliyev çıxış edərək son on ildə kursun qazandığı nailiyyətlərdən, Azərbaycan elminə verdiyi töhfələrdən söz açıb.

Hədəf Kurslarının həmtəsissçisi Şəmil Sadiq də öz növbəsində kursun fəaliyyətində müəllim və işçi heyətinə uğurlar arzu edib. O, Hədəf konsepsiyasından danışaraq, əsas məqsədlərinin savadlı gələcək yetişdirmək olduğunu qeyd edib.

Tədbirin sonunda il boyu fərqlənən müəllimlər mükafatlandırılıb.