Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-06 00:03:00
Məktəblini avtomobil vurdu

Şabran rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası olub. AzEdu.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun rayonun Ağalıq kəndi ərazisindən keçən hissəsində baş verib.

Yol kənarındakı bazara həmkəndlisi ilə pomidor satmağa gələn Şabran rayon Söhbətli kənd sakini, 2006-cı il təvəllüdlü Eyyub Məhəmməd oğlu Musayevi "Ford" markalı yük avtomobili vurub. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və sağ baldırın qəlpəli sınığı diaqnozu qoyulub.

Yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırma aparılır.