Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-08 12:04:00
“Sağlam qidalan sağlam ol!” layihəsi çərçivəsində tematik seminar keçirilib

 

 

 07 oktyabr 2022-ci il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Kəndoba kənd  tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Sağlam qidalan sağlam ol!” adlı layihə çərçivəsində ilk maarifləndirici seminar keçirilib.

 

Ağsu rayon təhsil ictimaiyyətinin nümayəndələri, layihə üzrə işçi qrupunun, təlimçi və ekspertlərin və Kəndoba kənd tam orta məktəbində təhsil alan 30-a yaxın şagirdin iştirak etdiyi seminarda  çıxış edən layihə rəhbəri Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin həyata keçirilməsində məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə təhlükəsiz qidalanma vərdişlərinin aşılanmasıdır. O, həmçinin Layihə çərçivəsində tematik seminarların və “Mənim sağlam sinifim” adlı esse müsabiqəsinin keçiriləcəyini vurğulayıb.  

 

Tədbirdə çıxış edən Ağsu Rayon Kəndoba kənd tam orta məktəbinin direktoru Afaq Məhəddinova layihənin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, düzgün qidalanma ilə yanaşı, insanlar həmçinin sağlam qidadan istifadə etməli və bu yöndə bilgiyə sahib olmalıdır.

 

Seminarda mözu üzrə hazırlanmış videoçar nümayiş etdirilib. Tədbir iştirakçıları ilə  mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici flayerlər paylanılıb. Tədbir çay süfrəsi ilə yekunlaşıb.