Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 17:59:00
Gəncə və Samuxda valideynlərə erkən nikahın fəsadları barədə məlumat verilir

Gəncə şəhəri və Samux rayonunda Azərbaycan Respublikası Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Cəmiyyətin inkişafında erkən nikah problemi" layihəsi icra olunur.

 

 

Bu haqda  rəhbəri Bələdiyyə, Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Gülnarə Əmiraslanova bildirib.

 

 

Onun sözlərinə görə layihə 3 ay müddətinə nəzərdə tutulub. Layihə çərçivəsində Gəncə şəhəri Natəvan və Məhsəti qəsəbələri, həmçinin Samux rayonu Qarayeri qəsəbəsi, Alıuşağı, Ziyadlı, Kəsəmən, Poylu kəndlərində yaşayan 13 yaşdan yuxarı qızlar, eləcə də, 13 və ondan böyük yaşda övladı olan valideynlər bu mövzu ilə bağlı maarifləndirilir. Belə ki, onlara erkən nikahların fəsadları barədə məlumat verilir, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlər izah edilir.