
2022-10-29 11:07:00
Direktorların bilməli olduğu vacib sənədləşmələr – Metodiki bilgilər
Direktorların işə qəbul imtahanı nəticəsində 228 direktor yerlərə təyinat aldı. Hazırda bu yeni direktorların ən çox maraqlandığı məqamlar məktəb idarəçiliyi və sənədləşmə işləri ilə bağlıdır. Məktəbdəki islahat və yeniliklərə hansı istiqamətdən başlamaq, idarəçilikdə hansı mövqeyi tutmaq mühüm olsa da, yeni təyin olunmuşların məktəb sənədləşməsi haqda bilgilərinin olması da zəruridir.
AzEdu.az orta məktəb sənədləri ilə bağı yeni təyinat alan direktorlar üçün zəruri bilgiləri təqdim edir. Bununla bağlı məsələlər məktəb sənədlərinin aparılması və saxlanması haqqında təlimatda əks olunub.
Qeyd olunub ki, məktəb vəzifələri, təlim-tərbiyə işi, təsərrüfat vəzifələri, tədris-pedaqoji uçotu, məktəb kargüzarlığı, ilkin mühasibat uçotu, statistik hesabatlarla əlaqədar məsələlərin hər biri xüsusi sənədlərdə əks olunub.Ümumtəhsil məktəblərində statistik hesabatlar isə onlarda aparılan ilkin uçot əsasında tərtib edilir.
Təlimatda qeyd edilib ki, məktəb sənədləri vaxtında, aydın, dəqiq yazılmalı, məlumatların düzgünlüyünə şübhə doğuran düzəliş və qaralama olmamalıdır. Sənədlərdə qeydlər mürəkkəblə və ya yazı makinasında aparılır.
Sənəddə buraxılmış səhvin düzəldilməsinin də xüsusi qaydası var: səhv söz və ya rəqəmin üstündən xətt elə çəkilməlidir ki, onu oxumaq mümkün olsun. Onun yanından isə düzgün variant yazılmalıdır. Bütün düzəlişlər izah edilməli, sənədi rəsmiləşdirən şəxs tərfindən imzalanmalı və məktəbin möhürü ilə təsdiq edilməlidir. İmza atan şəxs sənəddəki məlumatların düzgünlüyü üçün məsuliyyət daşıyır.Saxlanma müddəti qurtarmış məktəb sənədləri isə aktlaşdırılaraqməhv edilməlidir.
Yeni təyinat alan direktorlar üçün məktəbin əsas pedaqoji sənədlərinin siyahısını təqdim edir:
-Şagirdin şəxsi işi;
-Sinif jurnalı;
-Maraq üzrə kurs məşğələlərinin jurnalı;
-Günüuzadılmış qrupun jurnalını;
-Orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı;
-Əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabı;
-Pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı;
-Məktəbin pedaqoji şurasının protokolu kitabı;
-Məktəb üzrə əmr kitabı;
-Buraxılan və əvəzedilən dərslərin uçotu kitabı;
-Müqavilələrin qeydiyyatı kitabı.
Digər sənədlər siyahısına isə inspektor aktları, məruzə qeydləri və ya arayışlar, yoxlayan şəxslərin qeyd və təklifləri kitabı, buraxılış və sinifdən-sinfə keçmə imtahanları haqqında sənədlər, imtahan protokolları, illik, imtahan və yekun qiymətləri cədvəli, şagirdlərin yazılı imtahan işlərinin mətni daxildir.Qeyd edək ki, bu sənədlər 5 il saxlanmalıdır.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51