Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-18 16:41:00
Son sutkada 40 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 40 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 823 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 669 nəfər müalicə olunaraq sağalıb, hazırda 251 aktiv xəstə var. Bu günə qədər 9 969 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 571, bu günə qədər isə ümumilikdə 7 353 252 test icra olunub.