Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-18 18:29:00
Şagirdləri uğura aparacaq metodlar – “Oyun terapiyası"ı  bizə nə qazandırır?-FOTOLAR

18.11.2022 -ci il tarixində Bakı şəhəri Suraxanı rayonu Ramiq abidov adına 85 nömrəli məktəbdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Grant Müsabiqədə qalib gələn "Oyun terapiyası" adlı layihənin pedaqoji heyət üçün nəzərdə tutulmuş  təlimi keçirildi. Oyun uşaqlar üçün təbii bir prosesdir  və uşaq deyildiyində  ağıla ilk gələn oyun olur. Oyun  uşağın özünü ifadə etmək üçün  istifadə etdiyi simvolik bir dildir.

 

Oyun və oyuncaqlar vasitəsilə uşaqların ehtiyaclarını ifadə etmələrinə kömək edən xüsusi fəaliyyətə oyun terapiyası deyilir. Oyun terapiyası zamanı emosional problemlərini ifadə etmələri üçün uşaqlara müxtəlif oyuncaqlar təqdim edilir. Bu zaman uşaqların oyuna və oyuncaqlara münasibətinə əsasən psixoloq uşağı narahat edən problemləri aşkara çıxarır.

 

Uşağın oyununu təhlil etməyin ən təsirli yolu uşağı oynayarkən müşahidə etməkdir. Bu zaman müşahidə daha təsirli olur. Amma bəzən uşağı öz  təbii mühitində müşahidə etmək mümkün olmaya bilər. Belə hallarda uşağın sistematik müşahidəsi üçün müəyyən texnika tətbiq edilir. Bunun üçün uşaq oyun otağına aparılır və müəyyən oyunlar oynanılaraq bəzi göstərişlər verilir.

Uşaqla söhbət zamanı aşağıdakı sualları yadda saxlamaq tövsiyə olunur. Suallar uşağa fərdi şəkildə verilməli və ətrafda söhbətə təsir edəcək stimullaşdırıcılar (valideynlər, televiziya, digər uşaqlar və s.) olmamalıdır.

 

Ümumiyyətlə, oyunları üç alt qrupda toplamaq mümkündür.

Bunlar; hərəkətli oyunlar, stolüstü oyunlar və verbal oyunlardır.

Hərəkətli oyunlara nümunə olaraq gizlənqaç, topla oyanılan oyunları göstərmək olar. Kollektiv oyunların üstün cəhəti ondan ibarətdir ki,  qayda-qanun və müəyyən bir nizam var.

Stolüstü oyunlar isə müəyyən qaydaları olan və oynamaq üçün xüsusi materiallara ehtiyacı olan oyunlardır. Şahmat,  dama  və başqa stolüstü zəka  oyunlarını misal göstərmək olar.

Sözlü( verbal)  oyunlar isə daha çox hərəkət tələb etməyən şifahi oyunlardır. Yanıltmaclar, tapmacalar, mən kiməm oyunları nümunə ola bilər.

Və bu oyunların hər biri uşağın inkişafına müxtəlif istiqamətdə təsir edir.

 

Qaydalı oyunlar ən azı iki nəfərlə oynanılan və müəyyən qaydaları olan oyunlardır. Qaydaları olan oyunlarda əsas məqsəd qaydaları pozmamaqdır. Oyunu əyləncəli və həyəcanlı edən qaydalardır. Bu zaman uşaqlar müxtəlif vəziyyətlərdə sərhədləri müəyyən edə bilərlər.

 

Xəyali oyunlar isə uşağın təxəyyülü ilə oynanılan oyunlardır.

Xəyali oyunlar uşaqların təxəyyülünü zənginləşdirir. Oyun terapiyasında yuxarıda qeyd olunan bütün növ oyunlardan istifadə olunsa da, ən çox istifadə olunan oyunlar xəyali oyunlardır. Bu zaman uşaq olmaq istədiyi yerdə olur və ya özünü , ətrafındakı insanları görmək istədiyi kimi təsəvvür edir.