
2022-11-21 16:41:00
Əhməd Vəliyev haqqında paylaşılan fikirlər təəssüf doğurur-Mətbuat Şurası
Hər bir media orqanı bu və ya digər şəxsin dünyasını dəyişdiyinin iddia edildiyi bilgilərin paylaşılmasına son dərəcə ehtiyatla yanaşmalıdır. İlk növbədə bu bilgini məlumat kimi qəbul edən şəxslərin emosiyalarını, keçirdikləri hissləri, psixoloji durumu mütləq şəkildə nəzərə almalıdır.
AzEdu.az xəbər verir ki, bu barədə Mətbuat Şurası-nın feysbuk səhifəsi məlumat yayıb:
dünyasını dəyişdiyi iddia edilən şəxs ictimai çəkiyə, nüfuza malik biridirsə, xüsusən ehtiyatlı olmaq lazımdır. Çünki belə insanların hər birinin həm çevrəsi genişdir, həm də onların daşıdıqları missiya digər şəxslərin də həyatına bu və ya digər şəkildə təsir göstərməkdədir.
Bu baxımdan bəzi internet informasiya resurslarının Odlar Yurdu Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru Əhməd Vəliyev haqqında paylaşdıqları dəqiqləşdirilməmiş fikirlər, onun dünyasını dəyişdiyini iddia etmələri ciddi təəssüf doğurmaqdadır. Azərbaycan Mətbuat Şurası müxtəlif saytlarda, ayrı-ayrı sosial şəbəkə profillərində belə dəqiqləşdirilməmiş bilgilərin yer almasını pisləyir.
Mətbuat Şurası, həmçinin, kütləvi informasiya vasitələrini, ümumən fəaliyyətinin cəmiyyəti məlumatlandırmaq olduğunu bəyan edən hüquqi və fiziki şəxsləri bu sayaq yanlışlıqlardan uzaq durmağa, peşə prinsiplərinin dəqiqlik və obyektivlik şərtinə ciddi əməl etməyə çağırır.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51