Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-21 16:57:00
Keçmiş müəllimdən nazirə təşəkkür məktubu- Peşə bayramı təbriki

Azərbaycan Respublikası Ədliyyə Naziri, cənab Fikrət Məmmədova 

 

TƏBRİK MƏKTUBU

 

 Cənab Nazir!

             Sizi qarşıdakı peşə bayramınız – 22 noyabr Ədliyyə işçiləri günü münasibətilə təbrik edir, hüquqi dövlət quruculuğunda, məhkəmə - hüquq sistemində mühüm islahatların həyata keçirilməsi ilə əlaqədar çətin və şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

 Xalqımız Sizi ulu öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Müstəqil Azərbaycan Dövlətinin möhkəmlənməsində mühüm xidmətləri olan Dövlət xadimi kimi tanıyır. Möhtərəm prezidentimiz Cənab İlham Əliyevin müdrik kadr siyasətinə verdiyiniz böyük dəstək səmərəli fəaliyyətinizdə diqqətəlayiq cəhətdir. Söhbət kadrların düzgün yerləşdirilməsindən və rəhbərlik etdiyiniz nazirliyin yerlərdəki nümayəndələrin əhaliyə göstərdikləri nümunəvi xidmətdən gedir. 

         Bu baxımdan Lənkəran İcra və Probasiya şöbəsinin rəisi Davud Ağayev, Lənkəran 1 saylı Notariat Ofisinin müdiri Səfər İsmayılovun müsbət fəaliyyəti barədə əhalinin razılığını diqqətinizə çatdırmağı özümə mənəvi borc bildim. Lənkəran şəhərində 1 saylı Notariat Ofisi üçün tikilən yeni bina öz qapılarını əhalinin üzünə açıb. İndi bu binada vətəndaşlara hər cür xidmət etmək imkanı vardır. 

          Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri Elxan Süleymanovun rəhbərlik etdiyi kollektiv qanunlarımızın aliliyini həyata tətbiq etməklə bərabər, hər il peşə bayramını mühüm töhfələrlə qarşılayır. Həmin gün ağacəkmə aksiyasına start verilir. Məhkəmə binasının yerləşdiyi ərazidə və digər yerlərdə çoxlu ağac əkilir, mövcud yaşıllıqlara aqro-texniki xidmət göstərilir. Eyni zamanda Ədliyyə Nazirliyinin Lənkəranda fəaliyyət göstərən qurumlarını da aksiyada iştirak etməyə dəvət edir. Belə xeyirxah tədbirlər vətəndaşlarımız tərəfindən də ehtiramla qarşılanır. 

 Məlum olduğu kimi möhtərəm Prezidentimiz Cənab İlham Əliyev yerlərdə əhali ilə görüşlərə xüsusi əhəmiyyət verir. Vətəndaşların müraciətləri və şəxsi qəbullarla əlaqədar dövlət başçısının tapşırıq və tövsiyyələri Ədliyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Sizin Cənub bölgəsində vətəndaşların problemləri ilə bağlı keçirdiyiniz qəbulları sakinlər indi də minnətdarlıqla xatırlayır. Çünki görüşləriniz həmişə işgüzar xarakter daşıyır. Sizə müraciət edən vətəndaşların problemlərinin əksəriyyəti yerindəcə öz həllini tapır.

Cənab Nazir!

Sizin rəhbərliyinizlə Ədliyyə Nazirliyinizdə qazanılan zəngin təcrübə möhtərəm Prezidentin ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmlənməsi üçün göstərdiyi etimada layiqli cavabdır. Təsadüfi deyil ki, Azərbaycanın məhkəmə - hüquq islahatlarına ölkə hüdudlarından kənarda da böyük maraq göstərilir. Aparılan geniş məhkəmə - hüquq islahatları Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa mühüm töhfə verir. Sevindiricidir ki, Azərbaycan dünyanın 140 ölkəsini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının həmtəsisçilərindən biridir. Həmçinin Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən müsabiqələr tam şəffaflığa xidmət edir. Hər namizəd öz layiqli yerini tutur.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin böyük sərkərdəlik bacarığı və Azərbaycan əsgərinin rəşadəti sayəsində 44 günlük müharibədə öz ərazi bütövlüyünü bərpa etdi. Təbii ki, böyük zəfər qəhrəman övladlarımızın qanı bahasına əldə edildi. Xalqımız çoxlu şəhid verdi. Şəhid və qazilərimizin sosial müdafiəsi və hüquqlarının qorunması Ədliyyə Nazirliyinin fəaliyyət proqramının tərkib hissəsidir. Qazanılan qələbədə Ədliyyə Nazirliyinin də öz payı var. Ədliyyə işçilərinin bir neçəsi şəhidlik zirvəsinə yüksəldi. Döyüşçülərdə ağır yaralanan qazilər isə ailəsinə qayıtdı. Lənkəran İcra və Probasiya şöbəsinin rəisi Davud Ağayevin oğlu Hüseyn Ağazadə cəbhəyə könüllü getmiş və bir çox rayonların azad edilməsində rəşadət nümunəsi göstərmiş və möhtərəm Prezidentin fərmanı ilə müxtəlif medallarla təltif edilmişdir. 

Cənab Nazir!

Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Sizi bir daha səmimi təbrik edir, çətin və şərəfli dövlət fəaliyyətinizdə böyük uğurlar, şəxsi həyatınızda isə möhkəm can sağlığı arzulayıram.           

 Hörmətlə: Bəxtiyar Hüseynov,