
2022-11-22 17:39:00
Tələbələrin nəzərinə: ABŞ-ın “UGRAD” proqramına sənəd qəbulu başladı!
ABŞ səfirliyi “The Global Undergraduate Exchange-UGRAD” proqramını elan edib.
The Global Undergraduate Exchange Program (Global UGRAD) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu tərəfindən maliyyələşdirilir. Sözügedən proqram ABŞ-ın təyin olunmuş kollec və ya universitetində dərəcəsiz akademik təhsilin bir semestri üçün tam maliyyələşdirilən təqaüdlü mübadilə imkanı verir. Proqramın məqsədi Qlobal UGRAD iştirakçılarına Amerika cəmiyyətini, mədəniyyətini və akademik təhsilini araşdırmaq, ictimai işlərdə iştirak edib, peşəkar bacarıqlarını artırmaq imkanı yaratmaqdır.
Sənəd qəbulu üçün son tarix: 15 dekabr 2022 - ci il.
Müraciət etmək üçün tələb olunan şərtlər:
- Tələbə 18 yaşından yuxarı Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Azərbaycanın ali təhsil müəssisələri, universitetlərində təhsil almalıvə ən azı 1 semestri başa vurmalı;
- Yazılı və şifahi ingilis dili biliyi mükəmməl olmalı (bəzi finalçılar üçün ingilis dili təlimi mümkündür);
- 2023-cü ilin avqustunda və ya 2024-cü ilin yanvarında ABŞ-da təhsilə başlaya bilməli (seçilmiş iştirakçılar sonrakı tarixə təxirə salına bilməz);
- Proqram üçün tələb olunan ABŞ tələbə mübadiləsi vizasını (J-1) əldə edə bilməli;
- Mübadilə bitdikdən sonra vətəndaşı olduğu ölkəyə qayıtmalı.
Bu bölməyə aid digər xəbərlər
Nazir yeni ali təhsil sistemindən danışdı - Belə olacaq
2023-06-06 15:02:00
68 yaşlı tələbə dərslərə kənddən onlayn qatılır
2023-06-06 12:35:00
İrəvan Dövlət Universitetində həbslər gözlənilir
2023-06-06 12:23:00
Qadın prezident tələbələr qarşısında çıxış edib
2023-06-05 17:22:00
Universitet qızılcaya görə bütün tələbələri distant təhsilə keçirib
2023-05-29 09:00:00
İtkin düşmüş hesab olunan tələbə tapıldı
2023-05-25 10:31:00
Avropanın bu universitetində pulsuz təhsil almaq mümkündür - SİYAHI
2023-05-23 09:00:00
Yeni ali təhsil sistemi 2025-ci ildən tətbiq olunacaq
2023-05-22 12:14:00
Türkiyədə azərbaycanlılar üçün hərbi təhsil yerlərinin say artırılacaq
2023-05-18 09:42:00