Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-23 11:20:00
AMEA-da Böyük Qayıdışla bağlı komissiya YARADILDI  

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Böyük Qayıdışa dair I Dövlət Proqramı" ilə bağlı komissiya yaradılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə akademiyanın Rəyasət Heyəti qərar qəbul edib.

 

Qərarla Böyük Qayıdışa dair I Dövlət Proqramında AMEA-nın üzərinə düşən vəzifələrdən irəli gələrək Tədbirlər Planının hazırlanması məqsədilə akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.

 

İ.Həbibbəyli bildirib ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir.