Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-12 16:41:00
Son sutkada 9 yeni yoluxma faktı qeydə alınıb  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 9 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, xəstəlikdən 1 nəfər ölüb.

 

İndiyədək ölkədə ümumilikdə 824 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 524 nəfər müalicə olunaraq sağalıb, hazırda 368 aktiv xəstə var. Bu günə qədər 9 987 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 682, bu günə qədər isə ümumilikdə 7 395 267 test icra olunub.