Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-14 12:51:00
“Aktiv şagirdlər-diqqətli valideyn” layihəsi davam edir-FOTOLAR

 

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibi olmuş Gəncə şəhər M.H.Şəhriyar adına 40 nömrəli məktəbin ibtidai sinif müəllimi Lalə Həsəncanovanın “Aktiv şagirdlər-diqqətli valideyn” layihəsinin 22.10.2022-ci il tarixində açılış tədbiri baş tutub.

 

Açılış tədbiri Gəncə şəhər M.A. Abbaszadə adına 20 nömrəli məktəbdə keçirilib. Tədbirdə layihə rəhbəri Lalə Həsəncanova, layihənin eksperti Pərviz Bilişzadə, Gəncə Regional Mədəniyyət İdarəsinin Mərkəzləşmiş kitabxana sisteminin uşaq şöbəsinin rəhbəri Dəhazi Rəhimova, Ellada xanım, şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü və baş məsləhətçisi, "İlin ən yaxşı uşaq kitabı"müsabiqəsinin mükafatçısı Aləmzər Əliyeva, 7 nömrəli məktəbin direktoru İlhamə Tağıyeva, M.A.Abbaszadə adına 20 nömrəli məktəbin TTİÜDM Aygül Abbasova, uşaq psixo-sosial inkişaf mərkəzinin psixoloqu Günel Hüseynli və loqoped defektoloqu İlahə Bəhmənzadə, Mikayıl Müşfíq adına 14 nömrəli məktəbin psixoloqu Musayeva Vüsalə və müəllimlər iştirak etmişdir.

 

 

Layihənin planına uyğun olaraq 21.11.2022-ci il tarixində M.A. Abbaszadə adına 20 nömrəli məktəbdə ilk təlim baş tutub. İlk təlimdə valideynlərə layihənin təlimçisi, psixoloq Günel Hüseynli “uşaq psixologiyası, uşaqla davranış qaydaları və uşaqları düzgün şəkildə yönləndirmə üsulları” mövzusunda  seminar  keçib.

 

 

 

22.11.2022-ci il tarixində keçirilən  ikinci  təlimdə valideynlərə və müəllimlərə “impulsiv və hiperaktiv davranışlar, onların yaranma halları və o cümlədən effektiv həlli yolları” mövzusunda danışılıb. Layihə rəhbəri Lalə Həsəncanova tərəfindən iştirakçılardan layihə haqqında fikirlər alınmış və iştirak üçün təşəkkür edib.

 

Layihənin 3-cü təlimi 23.11.2022-ci il tarixində baş tutub. Təlimin mövzusu “Hiperaktivlik və diqqət çatışmazlığı sindromunda müalicə tədbirləri nədir?”, “sindroma kompleks yanaşma, müəllimlər və valideynlər birgə nələr edə bilər?” və “ailə terapiyasının rolu” haqqında olub. Təlimçi Günel Hüseynli mövzu üzərindən iştirakçılarda yaranan sualları cavablandırmış və öz təkliflərini verib.

 

Dördüncü günün təlimi 24.11.2022-ci il tarixində davam edib.  M.A. Abbaszadə adına 20 nömrəli məktəbdə nəzərdə tutulmuş sonuncu təlimimiz olan bu təlimdə iştirakçılara “Aktiv uşaqların tədrisə və oyuna adaptasiyası, evdə və məktəbdə istifadə oluna biləcək oyunlar, hiperaktiv uşaqların qida rasionunda bilinməsi vacib olanlar, təhsillə birgə aktiv fəaliyyətlərin təşkili” mövzusunda təlim keçirilmiş və mövzu üzərindən suallar cavablandırılmışdır. Bu təlimlə də 20 nömrəli məktəbdə nəzərdə tutulmuş təlimlərimiz yekunlaşmışdır. Təlimin keçirilməsində göstərdiyi dəstəyə görə məktəbin direktoru Mehriban xanım Mahmudovaya və məktəbin müəllim heyətinə təşəkkür edirik.

 

Təlimlər Gəncə şəhər 7 saylı tam orta və Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli məktəblərdə davam etdirələcəkdir.

 

Aktiv şagirdlər-diqqətli valideyn layihəsini daha yaxından facebook səhifəmizdən izləyə bilərsiniz: https://www.facebook.com/aktivshagird