Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-15 10:19:00
“Uğura gedən yolun başlanğıcı” layihəsi davam edir-FOTO

 

 

Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş Gəncə şəhər Ş.İ.Xətai adına 13№-li tam orta məktəb ibtidai sinif müəllimi Gülnar Hüseynova “Uğura gedən yolun başlanğıcı”  layihəsinin 14.10.2022-ci il tarixində açılış tədbiri baş tutmuşdur.

 

Açılış tədbiri Gəncə şəhər Ş.İ.Xətai adına 13№-li tam orta məktəbdə keçirilmişdir. Tədbirdə layihə rəhbəri Gülnar Hüseynova, layihənin eksperti Yaqub Məmmədov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məsləhətçi Röyanə Alışanova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən mühasib İnarə Məmmədova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən metodist Vüsalə Balayeva, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən metodist Aynur Həsənova, Gəncə şəhər Ş.İ.Xətai adına 13№-li tam orta məktəbin direktor müavini Rasim Alıyev və başqa qonaqlarda iştirak etmişdirlər.

 

Layihənin planına uyğun olaraq 21.10.2022-ci il tarixində Ş.İ.Xətai adına 13№-li tam orta məktəbdə ilk təlim keçirilmişdir. İlk təlimdə valideynlərə layihənin təlimçiləri, Xumar Qurbanova və Ruslan Allahverdiyev “Valideyn-məktəb- müəllim əməkdaşlığında yaranmış problemlər, problemləri müəyyənləşdirmək və mümkün həll yolları” adlı təlim keçirilmişdir.

 

01.11.2022-ci il tarixində 2-ci təlimdə valideynlərə və müəllimlərə “Dempinqin təhsildə rolu” mövzusunda təlim keçirilmişdir. Layihə rəhbəri Gülnar Hüseynova tərəfindən iştirakçılardan layihə haqqında fikirlər alınmış və iştirak üçün təşəkkür etmişdir.

 

Layihənin 3-cü təlimi 02.11.2022-ci il tarixində baş tutmuşdur. Təlimin mövzusu “Özünüiadrəetmənin növləri, Müəllim valideyn arasında ünsiyyət bacarıqlarının formalaşdırılması, Uğurlu valideyn-məktəb əməkdaşlığı nədən başlayır, Məktəb və ailə arasında ünsiyyətin təkmilləşdirilməsi” haqqında olmuşdur. Təlimçilər Xumar Qurbanova və Ruslan Allahverdiyev mövzu üzərindən iştirakçılarda yaranan sualları cavablandırmışlar və öz təkliflərini vermişdirlər.

 

1ci və 2-ci qruplar olmaqla ümumlikdə 36 təlim prosesi davam edəcək. Dekabr ayının 26-da isə təlim prosesi yekunlaşacaq və bağlanış tədbiri üçün hazırlıq görüləcək.  

 

Sonda isə təlimlərin baş tumasında göstərdiyi köməkliyə görə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə şəhər Ş.İ.Xətai adına 13№-li tam orta məktəbin müəllim kollektivinə və təlimlərdə iştirak edən hər bir valideyinə təşəkkür edir və dərin minnətdarlığımızı bildiririk!

 

“Uğura gedən yolun başlanğıcı” layihəsini daha yaxından facebook səhifəmizdən izləyə bilərsiniz: https://www.facebook.com/13nomrelimekteb