
Orta məktəblərdə kişi müəllimlərin sayının artırılması vacib məsələdir.
AzEdu.az Modern.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, oğlan uşaqlarının tərbiyəsində kişi müəllimlərin rolu böyükdür: “Bu gün ancaq qadınlar tərəfindən uşaqların tərbiyə edilməsi doğru deyil. Təhsildə kişi müəllimlərin sayının artırılması istiqamətində hansısa tədbirlər görməliyik ki, nəticələr əldə edək”.
S.Qəhrəmanova, həmçinin məktəblərdə keçirilən iclaslara ataların da getməsinin vacibliyini vurğulayıb: “Atalar niyə məktəb iclaslarına getmirlər? Hesab edirəm ki, atalar da bu iclaslarda iştirak etməlidir”.