Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-15 15:38:00
"Uşağı təhsildən yayındıranlar valideynlik hüququndan məhrum edilməlidir"-Sədr müavini

“Bu gün uşağını məktəbə göndərməyən valideynlər cəzalandırılmır”.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

 

O bildirib ki, cəzasızlıq gender məsələlərində problemlərə səbəb olur: “Bu gün valideynlər var ki, uşağı dünyaya gətirir, sonra gətirir atır ki, baxa bilmirəm. Belə vəziyyətdə olan uşaqları valideynlərdən almaq və onları valideynlik hüququndan məhrum etmək lazımdır. Valideynin uşağı təhsildən yayındırmağa hüququ yoxdur. Bunu edən valideynlər də valideynlik hüququndan məhrum edilməlidir. Biz bunu etsək, başqasına da görk olar”.

 
 

Apa.az