Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-22 14:35:00
Şagirdlərlə psixoloji təlimlər – Həyəcan və stresə son-FOTO

 

18 dekabr 2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan "Psixoloji dəstəklə təhsilə şagird qazan" layihəsinin təlimi keçirilib.

 

Təlim Ş.Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəbində təşkil edilib.

 

Təlimdə əvvəlcədən “google form” vasitəsilə meyarlar üzrə seçilmiş 10 şagird, LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzinin Psixoloqu Fərrux Əliyev, məktəbin direktoru Rəvanə Ağayeva, layihə rəhbəri Zamiq Mirzəyev və layihənin eksperti Firuzə Mirzəyeva iştirak etdi.

 

Şagirdlərlə aparılan təlimlər onların həyacanını, fikir dağınıqlığını, fobiyasını aradan qaldırmağa, dərslərə daha yaradıcı yanaşmağa həvəsləndirməyə yönəldilib.

 

Məktəbin direktoru Rəvanə Ağayeva çıxış edərək təhsildə şagirdlər və müəllimlər üçün yaradılan hərtərəfli şəraitə görə Elm və Təhsil Nazirliyinə, Emin Əmrullayevə öz minnətdarlığını bildirdi.

 

Həmçinin, şagirdlərin iştirakına şərait yaratdığına görə layihə rəhbərinə təşəkkür etdi.

 

Qeyd etdi ki, bu təlimlər şagirdlərin inkişafında və müasir dövr üçün böyük əhəmiyyətə malikdir.

 

 

Layihə rəhbəri Zamiq Mirzəyev çıxış edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə  VI Qrant Müsabiqəsinə və dəstəyinə görə Astara Rayon Təhsil Sektoruna, məktəbin direktoru Rəvanə müəlliməyə təşəkkür etdi.

 

 

Psixoloq Fərrux Əliyev risk qrupuna daxil olan şagirdlərdə problemin aradan qaldırılması üçün əllərindən gələni edəcəklərini vurğuladı. Şagirdlər çıxış edərək layihənin onların inkişafında rolu olacağını qeyd etdilər. Maraqlı və əyləncəli şəkildə 2 saat davam edən təlim şagirdlərin böyük rəğbətini qazandı.

 

#TəhsildəİnkişafvəİnnovasiyalarüzrəVIQrantMüsabiqəsi

#LənkəranAstaraRegionalTəhsilİdarəsi

#AzərbaycanRespublikasıElmvəTəhsilNazirliyi

#GrantsEduAz #QrantMüsabiqəsi #VIqrant