
23 dekabr 2022-ci il tarixdə Ş.Əliyev adına Rudəkənar kənd ümumi orta məktəbində “Şəhid Şahin Əliyevin” anım günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir məktəbin direktoru Rəvanə Ağayevanın çıxışı ilə başladı.
Tədbirdə məktəbin azərbaycan dili müəllimi Mirzəyeva Firuzə və tarix müəllimi Ağazadə Azər şəhidlərimizin qəhrəmanlığı və vətənpərvərliyi haqqında çıxışlar etdi.
Sonra məktəbimizin şagirdləri şəhidlərə həsr edilmiş şeirlər söylədilər.
VIII sinif şagirdləri Abdullayeva Fidan və Ağazadə Fizzənin hazırladıqları videoçarxa tamaşa edildi. Tədbirdən sonra şəhidin məzarı ziyarət edildi və əklillər qoyuldu.
Sonra şəhidin ruhuna Qurani-Kərimdən ayələr oxudulub.