Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-25 12:54:00
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yeni təlimçilər axtarır

 

2023-cü il fəaliyyət planına əsasən AGMA yeni təlimçilərin axtarışındadır.

 

AzEdu.az xəbər verir ki, peşəkar komandamıza qoşulmaq istəyən təcrübəli təlimçilər müraciət edə bilərlər. Növbəti təqvim ilində AGMA 4000 - dən çox gənc müəllimi təlimlərə cəlb etməyi hədəfləmişdir.
AGMA-da təlimçilər 4 kateqoriya üzrə ayrılacaqdır.


• D səviyyəli: Yeni başlayanlar və 2 ildən az təcrübəsi olan təlimçilər;
• C səviyyəli: 2-5 il təcrübəsi olan və 1000 nəfərə təlim keçmiş təlimçilər;
• B səviyyəli: 5 ildən çox təcrübəsi , TOT sertifikatı olanlar və 100 dən çox təlim keçmiş təlimçilər;
• A səviyyəli: 7 ildən çox təcrübəsi, beynəlxalq təlimçilik sertifikatı və təcrübəsi olan, TOT proqramı hazırlayan təlimçilər.

AGMA komandasına qoşulan təlimçilər nə əldə edəcəklər:


- Təlimçilik təcrübəsi;
- Layihələrdə ödənişli əsaslarla xidmət göstərmək;
- TOT proqramlarında iştirak;
- Təlimçilik istiqamətində mentorluq;
- Gencmuellim.az platformasında kurs yerləşdirmək imkanı;
- Yüksək təlimçilik reputasiyası.

Qeydiyyat üçün link: https://forms.gle/iW8Fvw8wJWQzEFqp9