
“Təhsil haqqında qanun”a yenidən baxılmalıdır”.
AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bu qanun 14 il Milli Məclisdə müzakirə olundu: “Təhsilin pilləliyindən danışırlar. Təhsildə nə qədər pillə olar?! Bakalavr, magistr, aspirantura, disertantura, doktorantura və s. Dünyanın hər yerində bir pilləli müdafiə sistemi var. Prezidentin sərəncamı oldu və təhsillə elm birləşdi. Qanunda da bu, nəzərə alınmalıdır. Biz sistemi müasirləşdirməliyik, yeniləşdirməliyik. Mənim bu strukturlarla problemim yoxdur, amma bir adam bir kafedrada 4 dəfə müdafiə edir, 5-ci dəfə alimin işi Ali Attestasiya komissiyasına göndərilir. Orda da ekspert deyir ki, bu, plagiatdır. Yəni 60-70 alimin rəyi nəzərə alınmır, amma tanınmayan bir ekspertin rəyinə görə bu alimə dərəcə verilmir. Amerika üzrə elmlər doktoru var. Bu harada görülüb?! Biz artıq yeni sistemə keçməliyik”.
Apa.az