
Kimin qapısını döymədi Qarabağ müharibəsi, Qarabağ hadisələri. O torpaqlardan didərgin düşənlərin qəlbini şəhid elədi, yaraladı. Təkcə döyüşə gedib, düşmən qabağında dayanıb, onlarla qəhramancasına döyüşənlər, canını ortaya qoyanlar şəhid olmadı. Məncə, o torpaqlardan qaçqıın-köçkün düşənlərın hamısı şəhid oldu, qazı oldu. Hələ də hamısı yaralıdılar. Sağalmaz yaraları var içərilərində. Nə dərmanı tapıldı, nə məlhəmi. Sayalandı, amma sağalmadı...
Qarabağdan bu cür gedənlərin biri də Vüsalədi. Vüsalə Qasımova...
Qasımova Vüsalə Salman qızı 1972 -ci il dekabrın 27-də Cəbrayıl rayonunda ziyalı ailəsində anadan olub.
1980-ci ildə Cəbrayıl rayonunda yerləşən M.Qorki adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedib ,1990 ildə fərqlənmə ilə orta məktəbi bitirib.
1990 il ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji rus dili və ədəbiyyatı institutuna daxil olub, 1995-ci ildə ali təhsilini başa vurub.
Pedoqoji faliyyətə 2000-ci ildə Sabunçu rayonundakı 170 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi kimi başlayıb. Necə deyərlər uşaqların sehrinə düşüb və indiyə kimi də o sehirdən çıxmayıb...
O təkcə müəllimə kimi çalışmayıb, bütün təhsil sisteminə aid olan içtimai işlərdə, tədbirlərdə canla-başla iştirak edib. Şagirdlərin vətənpərvər böyüməsində, adət və ənənəlirimizi dərindən öyrənmələri üçün əlindən gələni əsirgəməyib. Məktəblilər arası yarışlarda dəfələrlə birincilik əldə edib şagirdləri.
44 günlük müharibədə onun qəlbi əsgərlərin, ön cəbhədə döyüşən müharibə iştirakçılarının yanında olub. Öz məqalələriylə, yazılarıyla onları ruhlandırmağa, qalibiyyətə çağırmağa çalışıb. Şagirdləriylə bərabər şəhid və qazi ailələrini ziyarət edib. Onların valideyinlərinə mənəvi dayaq olmağa cəhd göstəriblər.
V.Qasımovanın əməyi TN tərəfindən bir çox mükafatlara, diplomlara layiq görülüb.
Hər zaman fb səyfələrində onun yayınladığı təhsil barəsində statuslara baxıram və fikirləşirəm ki, nə yaxşı belə müəllimlərimiz var.
Vusalə xanım, düşdüyünüz o sehirdən çıxmayın, ömrünüzü sərf etdiyiniz o uşaq aləmindən ayrılmayın, onları sevməkdə davam edin, yaxşı ki, varsınız!..
Ulduz Qasım,
Yazıçı- publisist.