Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-06 16:15:00
"Bir vərəq-Bir yarpaq" layihəsinə start verilir            

      

 Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Qərbi Kaspi Universitetinin tərəfdaşlığı ilə təşkil olunan "Bir vərəq-Bir yarpaq" layihəsi təlimçi hazırlığına start verir.

 

"Bir vərəq-Bir yarpaq" layihəsinin əsas məqsədi kağızları təkrar emala verməklə daha az ağacların kəsilməsinə nail olmaq, yeni ağaclar əkməklə təbiətin  yaşıllaşdırılmasına kömək etməkdir.

 

Layihədə iştirak etmək üçün təbiət elmləri ixtisasında təhsil alanlar, eləcə də nitq və təqdimetmə bacarığı olan şəxslər qoşula bilərlər.

 

Üç gün keçirilən təlimdə iştirak edən və müsabiqədən keçən şəxslər layihə çərçivəsində orta təhsil məktəblərində və digər müəssisələrdə mövzu ilə bağlı maarifləndirmə işi aparacaqlar.

 

Sonda iştirakçılara Sertifikat veriləcək.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 7-27 iyul 2022-ci il tarixlərində “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi keçirilib.

 

Layihə qəbulu müddətində daxil olan layihə təkliflərinin qiymətləndirilməsi həyata keçirilərək “VətənimİZ”, “İnnovativ Gənclik”, “Gəncdən Gəncə”, “Gənc İstedad”, “Gənclər Məkanı”, “Gənc Lider”, “Azərbaycan Könüllüsü” və “Tələbə Təşəbbüsü” qrant istiqamətləri üzrə 178 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub.

 

 

Gənclər Fondu bu günə qədər gənclər və gənclər təşkilatlarının 5 minə yaxın layihəsini maliyyələşdirib, paytaxtda və regionlarda yaşayan gənclərin hərtərəfli inkişafı ilə bağlı silsilə proqramlar həyata keçirib. Ötən 10 il ərzində 500 mindən çox gənc Fond tərəfindən dəstəklənən layihələrdən bilavasitə yararlana bilib.

 

Qeydiyyat w,wn son tari 12 yanvar 2023-cü il

 

Qeydiyyat linki : https://docs.google.com/forms/d/e/1FAIpQLSe5GpJ1npdmU1AZxRESsTguElaBAVl9cCZ9uHFv_ls3nTFJrA/viewform