Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-08 12:50:00
Ömər Faiq Nemanzadə” fotoalbomunun təqdimatı olacaq

Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanan “Ömər Faiq Nemanzadə” fotoalbomunun yanvarın 10-da təqdimatı olacaq.

 

 

AzEdu.az xəbər verir ki, fotoalbom Prezident İlham Əliyevin görkəmli maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 iliyinin qeyd edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində hazırlanıb.

 

Muzeyin icraçı direktoru Fərhad Cabbarovun və Ö.F.Nemanzadənin nəticəsi Ülviyyə Pepinovanın tərtibçisi olduğu fotoalboma böyük maarifçinin varisləri tərəfindən muzeyə hədiyyə olunmuş materiallar daxil edilib.