
21 yanvar 2023-cü il tarixdə Astara rayonu Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsində qalib olan "Psixoloji dəstəklə təhsilə şagird qazan" layihəsinin təqdimat və təlim prosesləri keçirilib.
İlk olaraq layihə haqqında məlumat verən layihə rəhbəri Zamiq Mirzəyev təhsildə yaradılan şəraitə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təşəkkürünü bildirdi.
Ekspert F.Mirzəyeva layihənin mərhələləri , məqsədi haqqında iştirakçıları məlumatlandırdı. Məktəbin direktoru Elnur Quliyev özü də qrant layihə qalibi olduğunu söyləyərək belə layihələrin xüsusi rolunu qeyd etdi. Qalib olduğu Steam layihəsinin şagirdlərin inkişafında əhəmiyyətini söylədi.
Şagirdlər və təhsil işçiləri üçün yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə öz minnətdarlığını bildirdi.Məktəbin dərs hissə müdiri İlahə müəllimə öz çıxışında şagirdlərin psixoloji təlimlərə böyük ehtiyacı olduğunu , bu layihə çərçivəsində keçirilən bu təlimlərin şagirdlərdə özünəinam hissini artıracağını , diqqət yayınıqlığı ,özünəqapanma hallarının aradan qalxacağında köməyinin olacağını vurğuladı.
Məktəbin UBTR Ə.Səbinə müasir dövrdə bu təlimlərə böyük ehtiyac olduğunu vurğuladı.
Daha sonra təlimlərə start verildi. Təlimçi Loqos Psixoloji Nitq və İnkişaf Mərkəzinin psixoloqu Fərrux Əliyev şagirdləri təlimin gedişi ilə tanış etdi.
Şagirdlərlə tanışlıq , ünsiyyətdən sonra Myunsterberq metodu ilə diqqət tapşırığı yerinə yetirildi."Kim daha diqqətlidir" , "Həyacanımıza necə qalib gələk?" , "Qorxuya qalib gələrik " vəs oyun və məşğələlər şagirdlərin xüsusi marağına səbəb oldu.Sonda şagirdlərin sualları cavablandırıldı.
“Bizə yaradılan şəraitə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi , Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi, Lənkəran - Astara Regional Təhsil İdarəsi, Astara Rayon Təhsil Sektoru və Astara rayon Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbin direktoru Quliyev Elnur müəllimə öz təşəkkürümüzü bildiririk”,-deyə layihə rəhbəri qeyd edib.