
Sevgi haqqında minlərlə kitab yazılıb, film çəkilib, mahnı bəstələnib.
Şübhəsiz ki, sevgi deyəndə hər kəsin gözündə fərqli mənzərə canlanır. Sevginin ünvanı müxtəlif olur: Vətənə, torpağa, valideynə, həyat yoldaşına, övlada, qardaş-bacıya, dosta, təbiətə və... eləcə də təhsilə...
Bəli, səhv oxumadınız, təhsilə! Elm və bilik əldə etmək yaşadığımız dünyanın vacib tələblərindən biridir.
Təsadüfi deyil ki, İslamın müqəddəs kitabında – Quranda da elm və biliyin insana üstünlük gətirdiyi vurğulanır.
Bu mənada məşhur deyimi belə ifadə edə bilərik: Dünyanı sevgi və təhsil xilas edəcək! Dünyanı təhsil gözəlləşdirəcək...
Bizim sevgimiz təhsilimizdir. Ona dəyər verməli, yaşatmalı və inkişaf etdirməliyik...
AzEdu.az hər birinizə uğurlu təhsil sevgisi arzulayır!