
“Global Olympic Center”in təşkilatçılığı ilə şəhid biologiya müəllimi Tural Rəhimovun xatirəsinə həsr olunan “Biologiya üzrə bilik yarışı” keçirilib.
AzEdu.az xəbər verir ki, bilik yarışı VII-VIII sinif şagirdləri arasında təşkil olunub. Respublikanın bir çox bölgəsindən 2000-dən çox şagird birinci mərhələdə iştirak edib. Onlayn formada keçirilən ilk mərhələdə şagirdlərə 25 sual təqdim olunub. Yekunda 221 nəfər final mərhələsinə vəsiqə qazanıb.
Final turu martın 4-də Bakıda əyani formada təşkil olunacaq. Bu mərhələdə 1,5 saat ərzində qaliblər müəyyənləşdiriləcək. Qaliblərə martın 11-də noutbuk, planşet, ağıllı saat, şəhidin xatirəsinə hazırlanmış xüsusi medal və diplom təqdim olunacaq. 4-10 yerlərin sahiblərinə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunacaq.
Şagirdlərlə yanaşı, onların müəllimləri də qiymətləndiriləcək.