Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 09:52:16
Türkiyədə nə qədər azərbaycanlı tələbə təhsil alır... - STATİSTİKA

Türkiyədə baş vermiş 6 fevral tarixli dağıdıcı zəlzələ təhsildə problem yaradıb.

Zəlzədən sonra yerli universitetlər onlayn təhsilə keçib.

Türkiyə universitetlərində təhsil alan çox sayda Azərbaycan vətəndaşları da var.

Universitetlər distant təhsilə keçəcəyinə görə onları Vətənə qayıtmağa məcbur olub.

AzEdu.az xəbər verir ki, 2022-ci ilin rəsmi məlumatlarına görə, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfərdir.

Zəlzələ baş verən bölgədə - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantəpdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə 136 azərbaycanlı tələbə təhsil alır.

Qeyd edək ki, Vətənə qayıtmaq istəyən azərbaycanlı tələbələr üçün əsas problem yolpulunun – AZAL-ın təyyarə biletlərinin həddindən artıq baha olmasıdır.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə dağıntılar altında qalaraq həlak olub.

Gündüz Nəzərzadə, Samir Quliyev, Şahin Vəliyev və Hümam İsmayıllı İnönü Universitetində müxtəlif kurslarda təhsil alırdılar.

Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb və dünən Azərbaycanda dəfn olunublar.