
2023-02-21 11:21:00
Müstəqillik dövrünün ilk kursantlarının anım günü keçirilib
Müstəqillik dövrünün ilk kursantlarının anım günü keçirilib.
AzEdu.az xəbər verir ki, 1993-cü ildə Ağdərədə şəhid olmuş müstəqil Azərbaycanın ilk kursantlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın anım tədbirində şəhidlərin valideynləri, yaxınları, komandir və kursant yoldaşları iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə müharibə dövrünü yada salan və həmin döyüşlərdə iştirak edən zabit Yalçın Zeynalov çıxış edərək bildirib ki, 30 il öncə 1993-cü ilin fevral ayında 65 zabit və kursant heyəti Ağdərə istiqamətində döyüşə qatılaraq düşmənə ağır zərbələr vurub. Ölkəmizin ilk müstəqil kursantları hələ zabit adını almamış döyüşlərdə iştirak etmiş və onlardan 12-si şəhid olub. Y.Zeynalov çıxışında daha sonra bunları deyib: “Təhsil aldığımız dövr 1991-ci il SSRİ-nin süqutu ərəfəsinə təsadüf edirdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk zabitlər də biz olduq. II kursun 1-ci semestri bitəndən sonra tətilə yox, birbaşa döyüş zonası olan Ağdərəyə yolla düşdük. Sevincli idik. Çünki vətən torpaqlarının keşiyində durmaq biz kursantların əsas vəzifəsi idi. Üç həftəlik döyüş əməliyyatlarının ilk günlərində 8 kursant şəhid oldu. Döyüşlərin son günlərində isə daha 4 kursant yoldaşımız və komandirimiz şəhidlik zirvəsinə ucaldı. Bu gün bizim bura toplaşmağımızda məqsəd şəhidlərimizin xatirəsini yad etməkdir”. Daha sonra söz şəhid atası İsmayılov Yaquba verilib.
O, həmin günləri ürək ağrısı ilə yada salaraq bunları deyib: “Birinci və İkinci Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir, qəhrəmanlıqları qarşısında baş əyirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!” Tədbir qəhrəmanlıq göstərmiş igid əsgərlərimizin döyüş yollarından, xatirələrindən bəhs edilərək sona çatıb.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51