
2023-03-30 15:10:00
Müəllim beyin əməliyyatı zamanı gitara çaldı
Meksikanın Nayarit əyalətində yerləşən Tepik şəhərində beyin şişindən əməliyyat olunan 55 yaşlı musiqi müəllimi aparılan əməliyyat zamanı 4 saat gitara çalıb.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, cərrah əməliyyat zamanı xəstənin şüurlu olmasının vacibliyini bildirdikdə müəllimin əməliyyat zamanı nitq və eşitmə kimi funksiyalarının anında izlənilə bilməsi üçün gitara çalmağa üstünlük verib.
Əməliyyatı həyata keçirən cərrah Celia Teresa Alvarez xəstəsinin heç bir ağrı hiss etmədiyini bildirərək, bu üsul sayəsində 2 həftə kimi qısa müddətdə gündəlik fəaliyyətini müstəqil şəkildə həyata keçirəcəyini deyib.
Əməliyyatın problemsiz keçdiyi və bu üsulun Nayarit vilayətinin tarixində ilk dəfə tətbiq edildiyi açıqlanıb.
Bu bölməyə aid digər xəbərlər
Xaricdə təhsil: Universitet seçimində nələrə diqqət edilməlidir?
2024-07-29 10:01:00
Müsahibə komissiyaları ilə görüş keçirilib
2024-01-11 09:05:07
Rumıniyada müəllimlər etiraz aksiyası keçirir
2023-06-11 09:10:00
Pandemiya və zəlzələdə 44 yaxınını itirən məktəb direktoru...
2023-04-05 11:05:00
Müəllim beyin əməliyyatı zamanı gitara çaldı
2023-03-30 15:10:00