
2023-06-11 09:10:00
Rumıniyada müəllimlər etiraz aksiyası keçirir
Rumıniyanın paytaxtı Buxarestdə minlərlə müəllim aşağı maaşlara etiraz olaraq küçələrə çıxıb.
AzEdu.az “Reuters”ə istinadən xəbər verir ki, Həmkarlar ittifaqları müəllimlərin maaşlarının 25% artırılmasını, infrastruktur və tədris ləvazimatlarına sərmayə qoyulmasını tələb edirlər.
Həmçinin tələblər arasında yeni müəllimlərin maaşlarının ən azı ölkə üzrə orta səviyyəyə qaldırılması da var.
Rumıniyada yeni müəllimlər indi ayda təxminən 2400 ley (521,65 ABŞ dolları - Qeyd) qazanırlar ki, bu da ölkə üzrə orta göstəricinin yarısından azdır.
Həmkarlar ittifaqları tətilin müddətsiz olduğunu bildiriblər. Valideynlər və tələbələr mitinqləri hələ də dəstəkləyirlər, baxmayaraq ki, onun davamı buraxılış imtahanlarının təxirə salınması ilə hədələnir.
Bu bölməyə aid digər xəbərlər
Xaricdə təhsil: Universitet seçimində nələrə diqqət edilməlidir?
2024-07-29 10:01:00
Müsahibə komissiyaları ilə görüş keçirilib
2024-01-11 09:05:07
Rumıniyada müəllimlər etiraz aksiyası keçirir
2023-06-11 09:10:00
Pandemiya və zəlzələdə 44 yaxınını itirən məktəb direktoru...
2023-04-05 11:05:00
Müəllim beyin əməliyyatı zamanı gitara çaldı
2023-03-30 15:10:00