Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 12:45:57
Xalq artistinin qızı NASA-nın müsabəsində mükafat qazanıb

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dəniz Məmmədova Amerikada NASA-nın müsabəsində iştirak edərək mükafat qazanıb.

AzEdu.az xəbər verir ki, Xalq artisti bununla bağlı sosial şəbəkədə paylaşım edib.

"Bütün komandanı və onun üzvü olan Dənizimi ürəkdən təbrik edirəm! ABŞ-də NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə olaraq Azərbaycandan istedadlı gənclər qatılıblar və mükafata layiq görülərək Texas ştatının Hyuston şəhərində keçiriləcək finala vəsiqə qazanıblar. Uşaqlar, yolunuz açıq olsun", - deyə sənətçi paylaşımda qeyd edib.

Xatırladaq ki, azərbaycanlı məktəblilər NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə qatılıblar.

Yarışmaya "Azercell"in dəstəyi və “Train Brain” şirkətinin təşkilatçılığı ilə qatılan MeckHack #9030 komandamız bu beynəlxalq tədbir üçün hazırladığı robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim edib. Müxtəlif ölkələri təmsil edən 51 komanda ilə mübarizə aparan məktəblilərimiz müsabiqənin nəticələrinə əsasən finala çıxıblar.