
Bərdənin Cəyirli kəndində yaşayan İsgəndərovlar Azərbaycanda ən çox uşağı olan ailədir.
AzEdu.az xəbər verir ki. “Azadlıq" radiosunun məlumatına görə, ailənin 17 uşağı var. Ailədə böyük övladlardan 2-si ailə qurub, hərbi xidmətdə olan, 44-günlük müharibədə könüllü iştirak edən, tələbə olan da var.
11 uşaq 18 yaşına yaşına çatmayanlardır.
İsgəndərovlar ailəsində ən böyük övlad Yunisin 25 yaşı var, ən kiçik uşaq İnci isə 1 yaş yarımlıqdır.
Ailənin başçısı Taleh İsgəndərov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.
17 uşaq dünyaya gətirən ana Tünzalə İsgəndəovanın ali təhsili yoxdur. Gəncə şəhərində 9 illik orta məktəbi bitirib.
Tünzalə İsgəndərova deyir ki, bu ilin yanvar ayına qədər 17 il ərzində sosial yardım alıblar.
“Böyük qızım Bakıda Texniki Universitetdə qiyabi oxuyur, həm də işləyir. 17 uşaqlı olsaq da, ailəmizə müavinətdən başqa güzəşt olunmayıb”.
Uşaqların atası Taleh İsgəndərov isə bildirib ki, əvvəllər mal-qarası olsa da, sonradan otlaq sahəsi olmadığına görə onları satmaq məcburiyyətində qalıblar.
Ailənin dolanışıq sarıdan çətinlik çəkir.