Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 14:51:13
Cəlilabadda 14 yaşlı oğlan itkin düşüb - FOTO

Cəlilabadda yeniyetmə itkin düşüb.

 

AzEdu.az xəbər verir ki, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev dünən təhsil aldığı məktəbdən çıxandan sonra rayonu tərk edib və geri qayıtmayıb.

 

P.Quliyevin maşınla Lənkəranın "Ləvəngi" dairəsinə getdiyi, parkda dönər, su aldığı bildirilir.

 

Evdən çıxarkən əynində ağ köynək və əlində çanta olub.

 

Faktla bağlı polisə müraciət olunub.