
Bədxassəli yenitörəmələr diaqnozu ilə ilk dəfə qeydə alınmış xəstələrin yaş qrupları üzrə statistikası açıqlanıb.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən nəlumata görə, 2022-ci ildə Azərbaycanda 30 yaşa qədər bədxassəli yenitörəmələr diaqnozu ilə ilk dəfə 462 nəfər xəstə qeydə alınıb.
Onlardan 0-13 yaş aralığında 136, 14-17 yaş aralığında 64, 18-29 yaş aralığında olanlar isə 262 nəfər olub.
Ötən il Azərbaycanda 30-39 yaş qrupunda bədxassəli yenitörəmələr diaqnozu ilə ilk dəfə 859 nəfər xəstə qeydə alınıb. Onlardan 317 nəfər 30-34, 542 nəfər isə 35-39 yaş qruplarında şəxslər olublar.
2022-ci ildə Azərbaycanda 40 yaşdan yuxarı bədxassəli yenitörəmələr diaqnozu ilə ilk dəfə 12 603 nəfər xəstə qeydə alınıb. Onlardan 6 780 nəfər 60 yaş və yuxarı, 5 823 nəfəri isə 40-59 yaşa qədər şəxslər olublar.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla ümumilikdə 13 924 nəfər bədxassəli yenitörmələr diaqnozu ilə qeydə alınıb. Onların 6 602 nəfəri kişi, 7 322 nəfəri isə qadın olub. Ümumilikdə tibb müəssisələrində bədxassəli yenitörəmələr diaqnozu ilə 62 385 nəfər xəstə qeydiyyatdadır.