Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-12 15:32:39
Artıq vahid məktəbli forması seçimi edilib

Vahid məktəbli formasının seçimi üçün bütün ümumi təhsil müəssisələrinin pedaqoji şuralarının iclası keçirilib.

 

AzEdu.az məlumat verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Şura iclaslarında təlimata uyğun məktəbli forması seçimləri aparılıb:

"Bu seçimlərlə yeni tədris ilindən, sentyabr ayından yeni formaya keçid prosesi başlayacaq. Biz də təhsil müəssisələrində yeni məktəbli formasına keçidi istəyirik. Çalışacağıq ki, valideynlər bununla bağlı problemlər yaşamasınlar”.