Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-14 00:03:00
Bu gün məktəblərdə “Son zəng” ÇALINIR

Bu gün Azərbaycandakı ümumtəhsil məktəblərinin məzunları üçün “Son zəng” çalınacaq.


AzEdu.az xəbər verir ki, “Son zəng” tədbirləri ilə bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. 

Sözügedən əmrə əsasən, “Son zəng” tədbirləri məktəblərin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında  təşkil olunacaq.


“Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunacaq.


“Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görsünlər", - deyə əmrdə bildirilib.


2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100.084, digər qrumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1.104, özəl ümumi təhsil müəssisələrində 727 nəfər məzun olacaq.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 26 453 şagird 11-ci sinifdən məzun olacaq.