Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-14 10:22:00
İtkin düşən yeniyetmə qız tapılıb

Bir neçə gün əvvəl itkin düşən Masallı rayonunun Ərkivan qəsəbə sakini, 16 yaşlı S.Şirinova tapılıb.

 

AzEdu.az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində yeniyetmənin Lənkəran şəhərində olduğu müəyyən olunub və ailəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.