
Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Qafqaz və Mərkəzi Asiyada seysmik şəbəkələrin genişləndirilməsi" adlı yeni layihənin ilk iclası keçirilib. AzEdu.az xəbər verir ki, ABŞ, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan alimlərin qatıldığı tədbirdə Azərbaycan da təmsil olunub. Tədbirdə ölkəmizi Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, müəssisənin baş mühəndisi Rauf Muradov və sistem administratoru Ruqiyyə Kərimova təmsil ediblər.
İclasda Q.Yetirmişlinin "Azərbaycanın seysmik şəbəkəsinin müasirləşdirilməsi" mövzusunda məruzəsi dinlənilib, suallar cavablandırılıb.
Tədbir çərçivəsində məlumatların qəbul edilməsi və ötürülməsi, seysmik stansiyaların monitorinqi və saxlanılması, seysmik şəbəkələrin genişləndirilməsi kimi məsələlər müzakirə olunub.