Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 10:35:00
Riqa Ali Hüquq Məktəbinin təşkil etdiyi növbəti ixtisasartırma kursunun açılışı olub

Riqa Ali Hüquq Məktəbinin Avropa İttifaqı ilə birgə həyata keçirdiyi və Avropa qonşuluq siyasəti, Mərkəzi Asiya və Qərbi Balkan ölkələri üçün təşkil edilən növbəti ixtisasartırma kursunun oktyabrın 1-də açılış mərasimi keçirilib. İldə bir neçə dəfə keçirilən bu kurslarda həmişə olduğu kimi, Azərbaycandan da mütəxəssislər iştirak edirlər.

AzEdu.az AZƏRTAC-a istinadən  xəbər verir ki, 1998-ci ildən fəaliyyət göstərən Riqa Ali Hüquq Məktəbinin bu proqramına hər il Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistandan gənc kadrlar qatılırlar.

Dekabrın 21-dək davam edəcək proqram çərçivəsində iştirakçılar Belçikada və Lüksemburqda olacaq, yerli idarəetmə orqanlarında təcrübə keçəcəklər.