Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 09:18:05
Türkiyədə növbəti ZƏLZƏLƏ

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Pazarcık rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.