Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-03 00:59:00
Müəllimləri metal tullantıları yığmağa məcbur edirlər

Türkmənistanın Daşoğuz vilayətində məktəb müəllimləri və kənd təsərrüfatı sahəsinə aid təşkilatların əməkdaşlarına metal tullantıları yığmaq tapşırılıb. AzEdu.az xəbər verir ki, onların hər biri dövlət metallurgiya zavodu üçün 200 kiloqram metal yığmalıdır.

 

Yerli hakimiyyət orqanları müvafiq təşkilatlara bu göstərişi sentyabr-oktyabr ayları üçün nəzərdə tutulan plan qismində göndəriblər.

 

Oxu.az-ın məlumatına görə, müəllimlər işdən sonra metal tullantıları yığmaqla məşğuldurlar. Bəzi müəllimlər isə bu işə şagirdləri də cəlb edirlər.