Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 17:21:00
3 yaşlı qız 6-cı mərtəbədən yıxıldı: sağ qalıb

Rusiya paytaxtında altıncı mərtəbədən yıxılan üç yaşlı qız sağ qalıb.

 

AzEdu.az xəbər verir ki, hadisə Yaseneva küçəsində qeydə alınıb.

 

Məlum olub ki, hadisə baş verən zaman 3 yaşlı körpə evdə özündən böyük bacı və qardaşları ilə olub. Nəzarətsiz qalan körpə eyvana çıxaraq pəncərəni açıb və altıncı mərtəbədən yerə düşüb.

 

Binanın həyətində qızı yoldan keçən şəxs aşkar edərək dərhal polisə müraciət edib.

 

Körpə kəllə-beyin travması və sıyrıqlarla Elmi-Tədqiqat Uşaq Təcili Cərrahiyyə və Travmatologiya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib, hazırda həkimlər onun həyatı uğrunda mübarizə aparırlar.