Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-29 11:17:08
Mətbuat Şurası AzTV-nin çəkiliş qrupuna hücumu pislədi

"Mətbuat Şurası "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücumu kəskin şəkildə pisləyir".

AzEdu.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

Onun sözlərinə görə, jurnalistlərə qarşı təzyiq yolverilməzdir: "Biz baş verən hadisədən narahatıq. Mətbuat Şurası yaxın saatlarda bununla bağlı bəyanat yayacaq".

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.