Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 22:00:00
Azərbaycanda keçmiş deputat TUTULDU

Keçmiş deputat Nazim Bəydəmirli polis tərəfindən saxlanılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə vəkil Aqil Layic sosial şəbəkədə məlumat yayıb.

 

O, keçmiş deputatın Gədəbəy hadisələrinə görə saxlanıldığını bildirib.


Vəkil deyib ki, N.Bəydəmirli DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şübhəli şəxs qismində saxlanılır.

 

 

DİN Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov isə bildirib ki, sabiq deputat Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.

 

"Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. 

Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir", - Z.Hüseynov qeyd edib.