Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 09:02:11
16 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb

Füzuli rayonunda 16 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

 

AzEdu.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Niftəliyev Sərxan Sərvan oğlu xəsarət alıb.

 

O, təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

 

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.