Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 12:38:00
Sabahın hava proqnozu

İyulun 6-na gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.



Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz Balakən-Şəki zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz
19-24° isti olacaq.